Amerikalı müğənni yeni albomu ilə altıncı dəfə "Billboard" jurnalının hitparadında qalib seçilib


Digərləri 02 Sen 2019 23:30:00 215 0

Amerikalı müğənni yeni albomu ilə altıncı dəfə "Billboard" jurnalının hitparadında qalib seçilib

Amerikalı müğənni Teylor Svift "Lover" adlı yeni albomu ilə "Billboard"un hit-paradında altıncı dəfə birinci yerə layiq görülüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Lover" albomu çıxdığı ilk həftəsində 867 min nüsxə ilə satılıb.

"Billboard" jurnalının mütəxəssisləri hesab edirlər ki, müğənninin "Reputation" diski ona vaxtilə daha çox uğur gətirib. Belə ki, 2017-ci ildə işıq üzü görən bu disk ilk həftəsində 1.238 milyon nüsxə ilə satılıb.

Məlumatda bildirilir ki, Teylor Sviftin albomlarının satışı heç zaman bir həftə ərzində 500 mindən aşağı olmayıb.

(adsgarden = window.adsgarden || []).push({});