Qocalmaq istəməyənlər üçün Çin CAVANLIQ iksiri Resept


Digərləri 02 Sen 2019 23:06:00 307 0

Qocalmaq istəməyənlər üçün Çin CAVANLIQ iksiri  Resept

Hələ qədim zamanlardan insanlar daha çox yaşamaq və qocalmamaq üçün vasitələr axtarır.

Tanınmış israilli həkim-naturopat Meira Avraami uzun illər ərzində müxtəlif xalqlara aid olan qədimi tibbi tarktatları araşdırır. Doktor Avraaminin sözlərinə görə, o, 200-dən (!) artıq "əbədi cavanlıq resepti"ni aşkar edib və onların orqanizmə olan təsirini araşdırıb.

Son.az saglamolun.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə, belə reseptlərin bir çoxu orqanizmə həqiqətən çox müsbət təsir edir və onu cavanlaşdırır.

Maraqlısı budur ki, müxtəlif xalqlara və zamanlara aid olan reseptlərin bir çoxunda eyni inqrediyentlərin adı çəkilir. Ən çox istifadə olunanlar bunlardır: bal, limon, sarımsaq, sirkə, zeytun yağı, çaxır və zəncəfildir.

Doktor Avraami oxucuları onun fikrinə görə ən faydalı "cavanlıq resepti"ndən biri ilə tanış edib.

Qədim Çin kitablarında yer alan bu vasitə üçün 100 ml limon şirəsi, 200 q bal və 50 ml zeytun yağı götürülür, qarışdırılır və hər gün səhər acqarına 1 ç.q. olmaqla qəbul olunur.

(adsgarden = window.adsgarden || []).push({});