İranda “Hörümçək adam” tutublar


Dünya 02 Sen 2019 20:44:00 287 0

İranda “Hörümçək adam” tutublar

İranın şimalında yerləşən Mazandaran vilayətinin Amol rayonunda mənzillərdən oğurluq edən peşəkar oğru saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Mazandaran vilayətinin polis rəisi Mahmud Mirfeyzi deyib.

M.Mirfeyzinin sözlərinə görə, aparılan araşdırmalar nəticəsində oğrunun "Hörümçək adam" filmindəki obrazın hərəkətlərindən istifadə edərək binalardan oğurluq etdiyi aşkarlanıb.

Polis rəisi oğrunun 47 mənzil və obyektdən oğurluq etməsinin məlum olduğunu deyib.

(adsgarden = window.adsgarden || []).push({});