Azərbaycanda əcnəbilərin bank kartları ilə əməliyyatları 7 faiz artıb


Digərləri 02 Sen 2019 21:14:00 290 0

Azərbaycanda əcnəbilərin bank kartları ilə əməliyyatları 7 faiz artıb

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 187 ölkəsindən 1 milyon 777,4 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "İxrac İcmalı"nda məlumat verilib. 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə bu il ölkəyə gələnlərin sayı 7,4 faiz çox olub.

Cari ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların sayının 10,6 faiz artmasına paralel olaraq, onların bank kartları vasitəsilə xərcləmələrində də artım müşahidə edilib. Belə ki, həmin ayda ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların ümumi dəyəri 134,6 milyon manat təşkil edib. Bu, ötən ilin iyul ayı ilə müqayisədə 7 faiz çoxdur.