Məşhur hannibal aşpaz oldu


Dünya 02 Sen 2019 21:20:00 229 0

Məşhur hannibal aşpaz oldu

Britaniyalı seksual sadist və hannibal Qrem Fişer ölkənin ən yaşlı psixiatriya xəstəxanasının aşpazı olub.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə The Mirror nəşri Fişerin dostuna yazdığı məktuba istinad edərək yazıb.

Məhkəmə zamanı anlaşıqsız elan edilən Fişer cəzasını Brodmur xəstəxanasında çəkir. Burada manyak qatillər, o cümlədən "Yorkşir qəssabı" Piter Satkliff saxlanılıb.

​Fişer məktubunda yazıb ki, yemək hazırlamağı sevir. Xüsusilə xəmir işlərini, məsələn, ingilislərin məşhur banoffi piroqunu, zəncəfilli-limonlu biskvitləri bişirməyi xoşlayır. Karri ilə toyuq da, Fişerin fikrincə, onda əla alınır. Ən sevdiyi xörək isə sobada bişmiş pomidor, pendir və soğanlı tostlardır.

1998-ci ildə Şərqi Sasseks qraflığının Qastinqs şəhərində Fişer 40 yaşlı qonşusu Kler Letçfordu boğub. Sonra isə qadının qolunun üstündəki əti kəsərək yeyib. Bundan 8 gün sonra isə yaxınlıqda yaşayan daha bir qonşusu, 75 yaşlı Beril O`Konnoru boğub öldürüb.

(adsgarden = window.adsgarden || []).push({});