Hamiləliyi pozulan aktrisa teatr direktoruna cavab verdi: “Hardan bilir ki...”


Kriminal 02 Sen 2019 20:59:00 282 0

Hamiləliyi pozulan aktrisa teatr direktoruna cavab verdi: “Hardan bilir ki...”

İrəvan Dövlət Dram Teatrının aktrisası Şəbnəm Cəbrayılova teatrın direktoru İftixar Piriyevin açıqlamasına cavab verib. İftixar Piriyev aktrisadan qohumlarının imtina etdiyini bildirmişdi.

Son.az bildirir ki, Teleqraf.com-a məktubla müraciət edən Şəbnəm Cəbrayılova haqqında deyilənlərin əsassız olduğunu qeyd edib:

"İftixar Piriyevin açıqlamasında mənim kimsəsiz olduğumu, yaxın qohumlarımın məndən imtina etdiyini və mənə valideyn qayğısı göstərdiyini deyib. Əgər yaxın qohumlarım imtina etmişdilərsə, bəs məni kim böyüdüb? İftixar Piriyev hardan bilir ki, qohumlarım məndən imtina edib? Mənə əziz olan qohumlarıma böhtan atmaqla nə demək istəyir?

İftixar Piriyev "valideyn qayğısı göstərmişəm, maddi yardım etmişəm" deyir. Hansı valideyn qayğısından danışır? Sayəsində başıma bu iş gələndən sonra (aktrisa hamiləliyinin pozulması ilə bağlı teatr direktorunu günahlandıraraq məhkəməyə müraciət edib-red.) 6 il bir yerdə işlədiyi aktrisaya bir dəfə zəng edib halına yanıb, ürək-dirək veribmi?

Açıqlamada heç olmasa yalandan olsa da, uşağımı itirdiyimin ona pis təsir etdiyini söyləyə bilərdi. Bunu da bacarmadı".

Şəbnəm Cəbrayılova məktubda İftixar Piriyevin ona maddi yardım göstərməsi ilə ə bağlı dediklərini də yalan adlandırıb:

"Hansı maddi yardımdan danışır? Dövlətin mənə verdiyi əmək haqqından? Bəli, məhz dövlətin verdiyi əmək haqqından danışır. Aldığımız maaşı həmişə o öz adına çıxıb, "Sizi işə mən götürmüşəm, sizə çörəyi mən verirəm" söyləyib, boynumuza minnət qoyub.