Azərbaycan çempionatında püşkatma tarixi müəyyənləşdi


İdman 02 Sen 2019 20:43:00 321 0

Azərbaycan çempionatında püşkatma tarixi müəyyənləşdi

Futzal üzrə 2019-20 mövsümünün püşkatma tarixi müəyyənləşib.

Goal.az-ın məlumatına görə, tədbir sentyabrın 4-də baş tutacaq.

Bakı İdman Sarayının Mətbuat Konfransı otağında təşkil ediləcək mərasim saat 11:30-da başlayacaq.

Əvvəlcə Yüksək Liqanın püşkü atılacaq. Saat 12:00-da Birinci, saat 12:30-da isə İkinci Liqanın püşkatma mərasimi olacaq.