Bu ölkə 2 milyon müsəlmanı qovur Xandan etiraz


Dünya 02 Sen 2019 20:24:00 221 0

Bu ölkə 2 milyon müsəlmanı qovur  Xandan etiraz

Assam ştatındakı 2 milyona yaxın müsəlmanın Hindistan vətəndaşlığını itirmək təhlükəsi ilə üz-üzə qalması Hindistan Xalq Partiyasının apardığı etnik təmizləmənin bir parçasıdır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan deyib. O, Hindistanı ölkədəki etnik və dini azlıqlara qarşı irqçi mövqe nümayiş etməkdə günahlandırıb.

Xan hindilərin ölkədəki bütün digər qruplardan üstün tutulduğunu söyləyib.

Qeyd edək ki, bundan əvvəl NDTV Hindistanın şimal-şərqindəki Assam ştatında yaşayan 1.9 milyon insanın Banqladeşə deportasiya edilə biləcəyi barədə məlumat yaymışdı.