Badri “Lotu Quli”dən “oğru” adının alınması istəyir “Sxodka” gözlənilir


Kriminal 02 Sen 2019 20:09:00 358 0

Badri “Lotu Quli”dən “oğru” adının alınması istəyir  “Sxodka” gözlənilir

"Qanuni oğru" Badri Koquaşvili (Badri Kutaisski) "Lotu Quli"nin (Nadir Səlifov) "oğru" adının alınması ilə bağlı "skodka" keçirmək niyyətindədir.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb Qulinin Arman Dikiy adlı qazax dostunun "oğru" Quram Çixladzeni (Kvejoyeviç) döyməsinə icazə verməsidir.

Baş verənlərdən sonra Koquaşvili ciddi cəhdlə hər kəsə Qulinin "oğru" adlandırıla bilinməyəcəyini izah edir və bununla bağlı qərar verilməsinə çalışır. Bu işdə ona Şakro Molodoy da dəstəkdir. O, Qurama vurulan zərbənin özünə vurulması kimi qəbul etdiyini deyib.

Buna baxmayaraq, "qanuni oğrular"ın əksəriyyəti Badrinin bu təşəbbüsünü dəstəkləmir və bu məsələdə hər kəsdən əvvəl onun özünün uduzacağını bildirirlər. Onların fikrincə, Armanın etdikləri Qulinin "cəzalandırılması" üçün heç də səbəb olmamalıdır. Üstəlik, Quli Armanın hərəkətinə haqq qazandırmayıb. Arman özü də Kvejoviçin statusundan xəbərsiz olduğunu deyib. Kvejoviç özü də baş verənlərə Badridən az reaksiya göstərib.

Ancaq prinsipiallığı ilə tanınan Koquaşvili fikrində ciddidir və bildirib ki, Krasnoyarskda bu qədər yol qət etməyib ki, "oğrular"ı döyənlər cəzasız qalsınlar.

Qeyd edək ki, Koquaşvilinin statusu 7 il "qırmızı koloniya"da - Perm və Krasnoyarks həbsxanalarında cəza çəkməsindən sonra daha da artıb.