Avtomobillə vurulan piyada xəstəxanada öldü


Kriminal 02 Sen 2019 19:24:00 227 0

Avtomobillə vurulan piyada xəstəxanada öldü

Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, sentyabrın 1-də saat 23 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində Zərdab rayon sakini E.Xancanov idarə etdiyi "VAZ-2121" markalı avtomobillə yolu keçən qəsəbə sakini Elşən Alıyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.