Aşurada özünə xəsarət yetirənlərə cinayət işi açıla bilər


Digərləri 02 Sen 2019 19:39:00 218 0

Aşurada özünə xəsarət yetirənlərə cinayət işi açıla bilər

Sentyabrın 1-dən  Azərbaycanda Məhərrəmlik ayı başlayıb. Məhrrəm ayının 10-cu günü, Aşura sentyabrın 10-a təsadüf edir.

Bu ay  boyunca bəzi insanlar sinə, zəncir vurmağı, qan çıxarmağı vacib əməl kimi qiymətləndirirlər. Məscidlərdə zəncir vuran, özünə xəsarət yetirən insanların az-çox şahidi oluruq. Bu əməllər isə birmənalı qarşılanmır.

Bəs bədənə bu cür xəsarətlərin yetirilməsi nə dərəcədə doğrudur, ümumiyyətlə bu hərəkət ay üçün mütləq haldırmı? Hüquqi baxımdan özünə xəsarət yetirmək cinayət əməli sayıla bilərmi?

Son.az bildirir ki, mövzu ilə bağlı İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli Modern.az-a danışıb.

Din xadimi bildirir ki, artıq 10 ildir ki, Məhərrəmlikdə özünə xəsarət yetirməklə bağlı Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) qadağa qoyub:

"Bu qadağa da birbaşa olaraq inkişaf səviyyəsinin göstəricisidir.  Bu gün qan çıxarmaq əvəzinə QMİ olaraq biz talassemiya, hemofiliya xəstəliyindən əziyyət çəkən qan azlığı olan uşaqlara qan veririrk.  İmam Hüseynin şüarlarından da biri bu idi ki, bir insana qan, həyat vermək bəşəriyyətə can vermək, bir insanı öldürmək bütün bəşəriyyəti öldürmək kimidir. Bu anlamda biz məhz Aşura günü qanvermə  keçiririk.  Biz insanlar arasında da maarifləndirmə işləri apararaq, onları qanvermə aksiyasına çağırırıq. Bu aksiyada qan verən insanlar da artıq Azərbaycan əsgəri olur, millətə xidmət edirlər". 

Hacı Surxay deyir ki, qanvermə akiyası yalnız Bakıda yox, eyni zamanda bölgələrdə, rayonlarda da həyata keçirilir:

(adsgarden = window.adsgarden || []).push({});