Azərbaycanda helikopter satılır 100 min manata


Digərləri 02 Sen 2019 19:04:00 314 0

Azərbaycanda helikopter satılır  100 min manata

Azərbaycanda Mİ-8 MTV1 helikopteri hərraca çıxarılacaq.

Son.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.

Helikopter 1991-ci ildə istehsal olunub. "Azərbaycan Hava Yolları" QSC-yə aiddir. Bu hava nəqliyyatı vasitəsinin start qiyməti 100 min manat olacaq.

Qeyd edək ki, Mİ-8 MTV1 helikopter planeri hazırkı texniki vəziyyətinə görə istismar üçün yararsızdır.