Çin şirkəti 226 min avtomobili geri çağırır


Digərləri 02 Sen 2019 19:09:00 242 0

Çin şirkəti 226 min avtomobili geri çağırır

Çinin iri avtomobil istehsalçılarından olan "Brilliance Auto" 226 min avtomobili yanacaq nasosundakı nasazlığa görə geri çağırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Oktyabrın 1-dən başlayacaq geriçağırma prosesi 2010-2014-cü illərdə istehsal olunan "Brilliance V5", "Brilliance H530", "Brilliance Junjie FSV" və "Brilliance Junjie FRV" avtomobillərini əhatə edəcək.

Administrasiya mütəxəssislərinin qənaətinə görə, həmin avtomobillərin yanacaq nasosundakı nasazlıq yanacaq sızmasına, o da öz növbəsində, yanğının meydana gəlməsinə səbəb ola bilər. "Brilliance Auto" nasaz detalları öz hesabına dəyişəcək.

(adsgarden = window.adsgarden || []).push({});