Türkiyədə yeni dərs ilinə start verilib


Dünya 02 Sen 2019 18:59:00 225 0

Türkiyədə yeni dərs ilinə start verilib

Türkiyənin orta məktəbləri və məktəbəqədər təhsil müəssisələri fəaliyyətə başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni tədris sistemi ilə bağlı Türkiyədə dərslər sentyabrın 1-də başlamalı idi. Lakin bu tarix bazar gününə təsadüf etdiyi üçün dərslər sentyabrın 2-də başlanıb. Bu münasibətlə Milli Təhsil naziri Ziya Selçuk ölkənin müəllim ictimaiyyətinə müraciət ünvanlayıb.

Qeyd edək ki, Türkiyədə orta təhsil dövlət və özəl məktəblərdə aparılır. Özəl məktəblərdə təhsil pulludur. Məktəblərin əsas hissəsi nəqliyyat və yemək xidmətləri ilə təmin olunub.