Sumqayıtda 2 mağazada REYD


Digərləri 02 Sen 2019 18:49:00 285 0

Sumqayıtda 2 mağazada REYD

Avqustun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə Sumqayıt şəhərində yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan 2 mağazada reyd keçirib.

Son.az xəbər verir ki, komitədən Trend-ə verilən məlumata görə, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.

Sumqayıt şəhəri 17-ci və 5-ci mikrorayonlar ərazisində yerləşən "Fatimə" dini mağazalarına keçirilən reydlər zamanı baxış keçirilən mağazaların ixtisaslaşdırılmış satış məntəqəsi kimi fəaliyyətinə müvafiq icazənin verilməməsi aşkar olunub və qeyri-qanuni formada satışını həyata keçirdikləri dini təyinatlı mal və məmulatlar müəyyən edilərək hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

Qeydə alınmış qanun pozuntularının hüquq-mühafizə orqanları ilə birlikdə araşdırılması davam etdirilir.