Bakının bu rayonlarında binalar söküləcək:


Digərləri 02 Sen 2019 18:34:00 253 0

Bakının bu rayonlarında binalar söküləcək:

Bakının altı rayonunda yerləşən və kəskin qəzalı vəziyyətdə olan 17 bina söküləcək. 

Son.az baku.ws-ə istinadən xəbər verir ki, paytaxtda söküləcək qəzalı binalarla bağlı qərarı Bakı Şəhər İcra Hakimiyyəti verib. 

Kəskin qəzalı binalar Bakının Binəqədi, Yasamal, Səbail, Sabunçu, Suraxanı və Xətai rayonlarında yerləşir. Həmin binalarda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmadığından sakinlərin köçürülməsi barədə qərar qəbul edilib.

Binəqədi rayonunda yerləşən iki ünvanda qəzalı vəziyyətdə olan binaların sakinlərinə 30 kv metr sahəsi olan mənzillərə görə 30 min manat yardım, bundan artıq sahəli mənzillərin hər kvadrat metrinə görə isə min manat ödənilməsi nəzərdə tutulub. Bu barədə sözügedən sayta Bakı Şəhər Binəqədi rayon İcra Hakimiyyətinin müvafiq şöbəsindən məlumat verilib:

"Müvafiq komissiya tərəfindən verilmiş qərara görə, Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsi 41 və Koroğlu Rəhimov küçəsi 53A ünvanındakı 2 girişli 5 mərtəbəli yataqxana tipli binalarda yaşayan sakinlərə, 30 kv metr sahəsi olan mənzillərə görə 30 min manat yardım, bundan artıq sahəli mənzillərin hər kvadrat metrinə görə min manat ödənilməsi nəzərdə tutulub. Eyni zamanda, onlara ev əşyalarının daşınmasına köməklik, bir aylıq kirayə haqqına görə 500 manat əlavə vəsait veriləcək. Prosesə iyul ayından başlanılıb. Hazırda vətəndaşlarla razılaşmalar aparılır. Bu ünvanlarda olan yataqxanalarda köçürülmə prosesinə başlanılıb. Bu günə qədər 90 mənzil sahibi ilə razılaşma əldə olunub. Onların 50 faizi yardım alıb, digərlərinin sənədləri ilə bağlı işlər aparılır. Həmin sakinlərin sənədlərinin öyrənilməsinə əlavə vaxt tələb olunduğundan, köçürülmə prosesi mərhələli şəkildə davam etdirələcək."

Qeyd edək ki, Bakının 6 rayonunda yerləşən kəskin qəzalı vəziyyətdə olan və söküləcək binaların siyahısnı təqdim edirik:  

BAKININ RAYONLARINDA SÖKÜLƏCƏK KƏSKİN QƏZALI BİNALAR

Binəqədi rayonu

8-ci mkr, Ağasadıq Gəraybəyli küçəsi 41,

 

Koroğlu Rəhimov küçəsi 53A

Yasamal rayonu

M.A.Əliyev küçəsi 150

Səbail rayonu 

20-ci sahə, A.İsmayılov küçəsi 51

 

Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6

 

A.Əsədullayev küçəsi 27

 

M.Rəsulzadə dalan 3, ev 2