Bir sıra komissiyaların tərkibində dəyişiklik edilib


Digərləri 02 Sen 2019 18:30:00 195 0

Bir sıra komissiyaların tərkibində dəyişiklik edilib

Prezident İlham Əliyev fərman imzalayıb.

Bakı. Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibi barədə” 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanında, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” 2004-cü il 21 aprel tarixli 196 nömrəli, “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 2009-cu il 6 avqust tarixli 429 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” 2016-cı il 19 fevral tarixli 1792 nömrəli və “2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” 2016-cı il 9 sentyabr tarixli 2331 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanda qeyd edilir ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının tərkibi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 704; 2002, № 1, maddə 22; 2004, № 6, maddə 436, № 7, maddə 534; 2005, № 10, maddə 910; 2006, № 7, maddə 588; 2007, № 3, maddə 229; 2014, № 9, maddə 1027; 2015, № 9, maddə 1015, № 11, maddə 1301; 2016, № 8, maddə 1384; 2017, № 5, maddə 772, № 8, maddə 1521; 2018, № 2, maddə 175) 2-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin: “Komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Komissiyanın üzvləri Azərbaycan Respublikasının müdafiə naziri Azərbaycan Respublikasının ədliyyə naziri Azərbaycan Respublikasının xarici işlər naziri Azərbaycan Respublikasının iqtisadiyyat naziri Azərbaycan Respublikasının maliyyə naziri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Azərbaycan Respublikasının daxili işlər naziri Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti”. “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli 196 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 277; 2005, № 6, maddə 524; 2008, № 1, maddə 9; 2015, № 11, maddə 1301; 2017, № 1, maddə 51; 2018, № 6, maddə 1297) ilə təyin edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir: “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi ‒ şöbə müdiri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikasının daxili işlər naziri Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi”. “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 637; 2011, № 12, maddə 1161; 2013, № 6, maddə 703, № 9, maddə 1088; 2014, № 4, maddə 404, № 7, maddə 864; 2016, № 4, maddələr 738, 750; 2018, № 1, maddə 99) 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilir: “Komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Komissiya sədrinin müavini Azərbaycan Respublikasının daxili işlər naziri Komissiyanın üzvləri Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Azərbaycan Respublikası təhsil nazirinin müavini Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti”. “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 312; 2018, № 6, maddə 1297) 1-ci hissəsində “Ramil Usubov” sözləri “Vilayət Eyvazov” sözləri ilə, “Mədət Quliyev” sözləri “Əli Nağıyev” sözləri ilə əvəz edilir. “2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 sentyabr tarixli 2331 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1526; 2017, № 8, maddə 1521; 2018, № 5, maddə 1065) 1-ci hissəsində “Ramil Usubov” sözləri “Vilayət Eyvazov” sözləri ilə, “Mədət Quliyev” sözləri “Əli Nağıyev” sözləri ilə əvəz edilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin