İTVnin keçmiş sədr müavininə yeni vəzifə verildi


Digərləri 02 Sen 2019 17:54:00 239 0

İTVnin keçmiş sədr müavininə yeni vəzifə verildi

AzTV- nin ABŞ və Mərkəzi Amerika ölkələri üzrə bürosuna yeni təyinatlar olub.

Son.az bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı televiziyanın sədr əvəzi Rövşən Məmmədov əmr imzalayıb. Əmrə əsasən həmin büroya tanınmış jurnalist Şaiq Məmmədov rəhbər, Elgün İbrahimov isə operator təyin olunublar.

Xəbəri AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov təsdiqləyib.

Şaiq Məmmədov 2013-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək İctimai Televiziya və Radio Yayımları Şirkətində Baş direktorun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini vəzifəsində çalışıb.