İranda “Hörümçək adam” tutublar


Digərləri 02 Sen 2019 18:25:00 280 0

İranda “Hörümçək adam” tutublar

İranın şimalında yerləşən Mazandaran vilayətinin Amol rayonunda mənzillərdən oğurluq edən peşəkar oğru saxlanılıb.

Bakı. Elnur Bağışov - İranın şimalında yerləşən Mazandaran vilayətinin Amol rayonunda mənzillərdən oğurluq edən peşəkar oğru saxlanılıb. Trend-in məlumatına görə, bunu Mazandaran vilayətinin polis rəisi Mahmud Mirfeyzi deyib. M.Mirfeyzinin sözlərinə görə, aparılan araşdırmalar nəticəsində oğrunun “Hörümçək adam” filmindəki obrazın hərəkətlərindən istifadə edərək binalardan oğurluq etdiyi aşkarlanıb. Polis rəisi oğrunun 47 mənzil və obyektdən oğurluq etməsinin məlum olduğunu deyib.