1 mbits internet ayda cəmi 50 qəpik


Digərləri 02 Sen 2019 18:13:00 216 0

1 mbits internet ayda cəmi 50 qəpik

Sentyabr 1-dən etibarən Bakı və Gəncə şəhərində yüksək sürətli fiber-optik internetin qiyməti kəskin endirilib.

Bakı. Sentyabr 1-dən etibarən Bakı və Gəncə şəhərində yüksək sürətli fiber-optik internetin qiyməti kəskin endirilib. «Caspian Telecom»dan Trend-ə verilən məlumata görə, Ailə NET abunəçiləri eyni qiymətə daha sürətli və keyfiyyətli fiber-optik internetdən istifadə edəcəklər. İndi 36 mbit/s sürətli fiber-optik internet ayda cəmi 18 azn təşkil edəcək, yəni 1 mbit/s internetin aylıq qiyməti cəmi 50 qəpikdən. Xatırladaq ki, indiyədək eyni qiymətə cəmi 15 mbit/s sürətli internet əldə etmək mümkün olurdu. Daha yüksək sürətli Ailə NET internet tarif planlarında da ucuzlaşma müşahidə olunur. Artıq 56 mbit/s sürətli tarif planı 28 azn, 70 mbit/s isə 35 azn təşkil edir. 100 Mbit/s tarif planında isə aylıq abunə qiyməti cəmi 50 azn təşkil edir. Ailə NET internet tarifləri: http://aile.tv/service_post/internet Qeyd etmək lazımdır ki, internet tariflərinə tətbiq olunan bu həcmdə güzəşt Azərbaycanda ilk dəfə məhz Ailə NET internet provayderi tərəfindən tətbiq olunur. Bundan əlavə, Ailə NET-in təqdim etdiyi fiber-optik internetə ilk dəfə qoşulan abunəçilərə güzəştli şərtlər də təklif olunur.