Tərtərdə top mərmisi tapılıb (FOTO)


Digərləri 02 Sen 2019 18:01:00 242 0

Tərtərdə top mərmisi tapılıb (FOTO)

Əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bakı. Tərtərdə 100 mm-lik top mərmisi (OF-32) aşkarlanıb. Bu barədə Trend-ə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Bildirilir ki, bu gün saat 11:51-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və 11:52-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Yuxarı Qaradağlı kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.