Rusiya səfiri xəstəxanada öldü


Dünya 02 Sen 2019 17:59:00 205 0

Rusiya səfiri xəstəxanada öldü

Rusiyanın Misirdəki səfiri Sergey Kirpiçenko vəfat edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, 68 yaşlı səfir Qahirədə xəstəxanaya yerləşdirildikdən sonra orada həyatını itirib.

Diplomatın ölümünün səbəbi ilə bağlı hər hansı bir məlumat verilməyib.

S.Kirpiçenko 2011-ci ildə Misirə səfir təyin olunmuşdu.