Bakı-Gəncə sərnişin avtobusu piyadaya görə qəza etdi - DİN araşdırmalara başladı


Digərləri 02 Sen 2019 17:42:00 211 0

Bakı-Gəncə sərnişin avtobusu piyadaya görə qəza etdi - DİN araşdırmalara başladı

Gəncədən Bakıya gələn sərnişin avtobusu paytaxta girişdə qəzaya uğrayıb.

Bakı. Ceyhun Ələkbərov - Gəncədən Bakıya gələn sərnişin avtobusu paytaxta girişdə qəzaya uğrayıb. Bu barədə Trend-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, qəzaya səbəb avtobusun yoluna piyadanın çıxması olub: "Səhər saatlarında Gəncədən Bakıya gələn sərnişin avtobusu qəzaya uğrayıb. Buna səbəb isə magistral yolda avtobusun yoluna piyadanın çıxmasıdır. Sürücü onu vurmamaq üçün manevr edib və nəticədə qəza törədib. Avtobusun salonunda sərnişin olmayıb, yalnız iki dispetçer, sürücü və daşıyıcı şirkətin nümayəndəsi olublar, xoşbəxtlikdən də onlar heç bir xəsarət almayıblar". N. Allahyarova əlavə edib ki, baş vermiş hadisə ilə bağlı polis araşdırmalara başlayıb: