Nazir müavini: "Subsidiyaların yeni qaydalarla verilməsi şəffaflığı təmin etmək üçün ciddi mexanizmdir"


Digərləri 02 Sen 2019 16:57:00 234 0

Nazir müavini: "Subsidiyaların yeni qaydalarla verilməsi şəffaflığı təmin etmək üçün ciddi mexanizmdir"

2020-ci ildən fermerlərə subsidiyaların yeni qaydalarla verilməsi şəffaflığı təmin etmək üçün çox ciddi mexanizmdir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, hər bir fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində əkəcəyi məhsul barədə bəyan etməlidir:

"Bütün göstəricilər sistemdə öz əksini tapdıqdan sonra fermerə plastik kart verilir. Subsidiyaların verilməsində əsas icraçı orqan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyidir.

Hazırda təlimçilər hazırlanır ki, fermerləri məlumatlandıraq.