Azərbaycanda Aqrar Subsidiya Şurası yaradılıb


Digərləri 02 Sen 2019 16:58:00 207 0

Azərbaycanda Aqrar Subsidiya Şurası yaradılıb

"Azərbaycanda subsidiya mexanizmini müəyyənləşdirmək üçün Aqrar Subsidiya Şurası yaradılıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, Şuraya Kənd Təsərrüfatı naziri sədrlik edir. Şuranın tərkibinə isə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsinin, Sahibkarlar və İşəgötürənlər Konfederasiyasının və Fermerlər Şurasının nümayəndələri daxildir.

"Kənd Təsərrüfatı Nazirliyi tərəfindən subsidiya informasiya sisteminin yaradılması ilə bağlı komanda formalaşıb ki, həm subsidiya informasiya sisteminin formalaşması, eyni zamanda baza məbləği 200 manat olmaqla hər bir məhsul üzrə kənd təsərrüfatı məhsullarına veriləcək subsidiyaların əmsallarını müəyyən edilməsi üçün Aqrar Subsidiya Şurası yaradılıb", - deyə nazir müavini bildirib.

Qeyd edək ki, Şura hər il yanvarın 15-dək aşağıdakılar barədə qərarlar qəbul edəcək və bu barədə ictimaiyyəti məlumatlandıracaq:

- əkin subsidiyasının tətbiqi üçün regionlar üzrə bitkilərin siyahısının və onlara tətbiq edilən əkin əmsallarının təsdiqi;

- məhsul subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının və onlara tətbiq edilən əmsalların təsdiqi;