Bu ildən intensiv bağlara subsidiyaların verilməsinə başlanılır


Digərləri 02 Sen 2019 16:43:00 219 0

Bu ildən intensiv bağlara subsidiyaların verilməsinə başlanılır

2019-cu ildə əkin subsidiyasına ümumillikdə 292 mln. manat vəsait müəyyənləşib.

Bakı. Samir Əli - 2019-cu ildə əkin subsidiyasına ümumillikdə 292 mln. manat vəsait müəyyənləşib. Trend-in məlumatına görə, bunu Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib. Nazir müavini yeni müəyyənləşdirilmiş əmsallarla bağlı danışarkən qeyd edib ki, intensiv bağlara subsidiyaların verilməsi bu ildən başlanılır. Məqsəd intensiv bağlara marağı artırmaqdır. İ.Quliyev vurğulayıb ki, bu ilin 6 ayında kənd təsərrüfatı sahəsində 13 faizlik artım müşahidə edilib.