Diqqət! Bu yolda rənglənmə işləri aparılacaq


Digərləri 02 Sen 2019 16:20:00 216 0

Diqqət! Bu yolda rənglənmə işləri aparılacaq

Üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bakı. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Binəqədi rayonu, 20 Yanvar küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə Trend-ə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib. Sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.