Qubada polislər yaralı ceyranı xilas edib


Digərləri 02 Sen 2019 16:29:32 209 0

Qubada polislər yaralı ceyranı xilas edib

Quba rayonunda polislər yaralı ceyranı xilas ediblər.

Bakı. Quba rayonunda polislər yaralı ceyranı xilas ediblər. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayonun İspik kənd ərazisində xidmət aparan zaman meşəlik ərazidə yaralı ceyran görüblər. Dərhal onlar sıx meşəlikdə ölümlə üz-üzə köməksiz vəziyyətdə qalan ceyranı götürərək öz xidməti avtomobilləri ilə Quba Rayon Polis Şöbəsinə gətiriblər.