"The Guardian": dünyanın ən gözəl şəlaləsi bu ölkədə yerləşir


Digərləri 02 Sen 2019 16:14:00 254 0

"The Guardian": dünyanın ən gözəl şəlaləsi bu ölkədə yerləşir

İspaniyanın Uesk əyalətində yerləşən Kola-de-Kaballo ("At quyruğu") dünyanın ən gözəl şəlaləsi adlandırılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şəlalələrin reytinqini tərtib etmək məqsədilə Britaniyanın "The Guardian" nəşri öz oxucuları arasında sorğu keçirib. Nəticədə, İspaniya şəlaləsinin başçılıq etdiyi 20 ən yaxşı şəlalədən ibarət siyahı alınıb.

Şəlalə Ordesa-i-Monte-Perdido Milli Parkının ərazisində yerləşir. Bura populyar turizm marşrutudur. Yaxınlıqda monastır, mənzərəli çay, mağara və müşahidə meydançası yerləşir. Burada təkcə bir deyil, bütöv şəlalələr sistemi mövcuddur. "At quyruğu" isə onlardan ən hündürüdür.

İkinci yeri İtaliyadakı Akvafraca şəlaləsi, üçüncü yeri isə Avstriyadakı Qrava şəlaləsi tutublar.

(adsgarden = window.adsgarden || []).push({});