Səfir: "Ölkəmizdə Amerika raketləri olmayacaq"


Dünya 02 Sen 2019 15:49:00 224 0

Səfir: "Ölkəmizdə Amerika raketləri olmayacaq"

Avstraliya öz ərazisində orta məsafəli raketlər yerləşdirməyəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Avstraliyanın Rusiyadakı səfiri Qreym Mihan deyib.

O bildirib ki, ABŞ bu məsələ ilə bağlı müraciət etsə belə, Avstraliya raketləri yerləşdirməyəcək:

"Bizim müdafiə nazirimiz də, baş nazir də raketlərin olmayacağını deyib. Əlbəttə, 5 və ya 10 ildən sonra yeni hökumətin nə qərar qəbul edəcəyi məlum deyil, amma baş nazir raketlərin yerləşdirilməyəcəyini açıq-aşkar bildirib".