Rus model kraldan ayrılmasından danışdı FOTO


Digərləri 02 Sen 2019 15:13:00 225 0

Rus model kraldan ayrılmasından danışdı  FOTO

"Miss Moskva-2015" müsabiqəsinin qalibi Oksana Voyevodina İndoneziyanın keçmiş kralı V Məhəmməddən boşanma haqqında ilk dəfə danışıb.

Son.az xəbər verir ki, o, bu haqda İnstagram hesabında yazıb.

Modelin sözlərinə görə, o, boşanmanın əsl səbəblərindən danışmayacaq. O qeyd edib ki, bu, ağrılı ola bilər və heç kəsi yaralamağı arzulamır. Model əlavə edib ki, əgər həqiqəti açsaydı, onda özünü daha yaxşı hiss edərdi.

Qeyd edək ki, boşanma haqqında xəbər iyulun 17-də çıxıb. Yerli "New Straits Times" qəzetinin məlumatına görə, ər-arvad boşanma ilə bağlı sənədləri iyunun 22-də Sinqapur məhkəməsinə verib. Boşanma proseduru iyulun 1-də başa çatıb.

(adsgarden = window.adsgarden || []).push({});