Sevilla-nın qapıçısı PSG-də - RƏSMİ


İdman 02 Sen 2019 15:18:00 319 0

Sevilla-nın qapıçısı PSG-də - RƏSMİ

PSG heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az klubun saytına istinadən verir ki, Paris təmsilçisi Sevilla-dan qapıçı Serxio Rikonu heyətinə cəlb edib. 26 yaşlı qolkiper 2019/20 mövsümünü icarə əsasında PSG-də keçirəcək.

PSG mövsümün sonunda Rikonun transfer hüquqlarına sahib ola bilər.

Xatırladaq ki, Sevilla bu mövsüm Avropa Liqasının A qrupunda Qarabağ, APOEL və Dudelange ilə mübarizə aparacaq.