Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi yarışları birinciliklə başa vurub (FOTO)


Digərləri 02 Sen 2019 15:12:00 174 0

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi yarışları birinciliklə başa vurub (FOTO)

Avqustun 26-28 tarixlərində Müstəqil Dövlətlər Birliyi gömrük orqanlarının kinoloji xidmətlərinin və xidməti axtarış itlərinin çoxnövçülük üzrə 9-cu yarışları keçirilib.

Bakı. Avqustun 26-28 tarixlərində Müstəqil Dövlətlər Birliyi gömrük orqanlarının kinoloji xidmətlərinin və xidməti axtarış itlərinin çoxnövçülük üzrə 9-cu yarışları keçirilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Rusiya Federal Gömrük Xidmətinin Kinoloji Mərkəzinin bazasında təşkil olunan yarışlarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi də uğurla iştirak edib. Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi komanda hesabında I yerə, şəxsi hesabda II yerə, narkotik vasitələrin otaq şəraitində axtarışı mərhələsində I yerə, narkotik vasitələrin minik maşınlarında axtarışı mərhələsində II yerə, narkotik vasitələrin əl yüklərində axtarışı, narkotik vasitələrin yük avtomobillərində axtarışı və ümumi itaətetmə mərhələlərində isə III yerə layiq görülüb. Qeyd edək ki, yarışlardan əvvəl və sonra digər tədbirlər də keçirilib. Avqustun 25-də MDB gömrük orqanlarının kinoloji bölmələrində xidməti itlərlə təlim-məşğələnin təşkili üzrə aktual problemlər və xidməti itlərin təlim olunma dərəcəsinin qiymətləndirilməsinin meyarları mövzusunda seminar təşkil olunub.