Monika Belluççi 17 illik eks əri ilə FOTO


Digərləri 02 Sen 2019 13:11:00 270 0

Monika Belluççi 17 illik eks əri ilə  FOTO

Monika Belluççi Venesiya Film Festivalında 6 il əvvəl boşandığı həyat yoldaşı ilə kamera qarşısına keçərək fotoqraflara poza verib.

Günorta fotokollu ziyarət edən eks cütlük axşam nümayişə qatılıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, dünən 76-cı Venesiya Film Festivalında müzakirə olunan filmlərdən birinin premyerası baş tutub. Festivalda fransız rejissor Qaspard Noenin mübahisəli "Yenilməzlik" (İrreversible) filminin yeni versiyasını nümayiş etdirib.

Əlbəttə ki, 2002-ci ildə "Yenilməzlik" filmində baş rolları canlandıran aparıcı aktyorlar bu hadisəni qaçıra bilməzdilər: 52 yaşlı Vinsen Kassel və 54 yaşlı Monika Belluççi. 1999-cu ildən 2013-cü ilə qədər birlikdə yaşayan keçmiş sevgililər kamera qarşısına yaradıcı heyətlə birlikdə çıxsa da, ikilikdə poza verməyə razı olmayıb.

Aktrisa çıxışı üçün "Dolce & Gabbana"dan qırmızı krujeva paltar seçib, o, obrazını kiçik qara klatçla tamamlayıb.

Xatırladaq ki, Vensan Kassel bir neçə gün əvvəl başqa bir filmin nümayişinə həyat yoldaşı Tina Kunaki ilə birlikdə qatılmışdı. Lakin bu dəfə Monikanın iştirakından dolayı Tina ərini müşayiət etməyib.

Məlumat üçün bildirək ki, Monika və Vinsen 1996-cı ildə "Mənzil" (L'appartement) serialında tanış olub, onlar 17 il vətəndaş nikahında yaşayıb. Lakin 2013-cü ildə gözlənilmədən hər kəsin sevimlisi olan cütlük ayrılmağa qərar verib.

(adsgarden = window.adsgarden || []).push({});