Arsenal Henrix Mxitaryanı klubdan göndərir


İdman 02 Sen 2019 13:44:00 354 0

Arsenal Henrix Mxitaryanı klubdan göndərir

Arsenal Ermənistan millisinin futbolçusu Henrix Mxitaryanı klubdan göndərir.

Goal.az “Sky Sports”a istinadən xəbər verir ki, Londan təmsilçisi 30 yaşlı yarımmüdafiəçini İtaliyanın Roma klubuna icarəyə verir. Keçidin yaxın saatlarda elan olunacağı gözlənilir.

Sosial şəbəkələrdə Mxitaryanın Roma-nın şərfi ilə şəkli də paylaşılıb.

Qeyd edək ki, Arsenal ilə 2021-ci ilin iyununadək müqaviləsi olan Mxitaryan təhlükəsizlik məsələsini bəhanə edərək Avropa Liqasının bu il mayın 29-da Bakıda keçirilən final oyununa gəlməyib. Onun komandası həlledici görüşdə İngiltərənin digər təmsilçisi Chelsea-yə 1:4 hesabı ilə uduzub.