Gələn ildən subsidiyalar hansı əmsallarla veriləcək? - SİYAHI


Digərləri 02 Sen 2019 13:54:00 285 0

Gələn ildən subsidiyalar hansı əmsallarla veriləcək? - SİYAHI

2020-ci ildən subsidiyalar Aqrar Subsidiya Şurasının qəbul etdiyi əmsallara uyğun veriləcək

Bakı. Samir Əli - 2020-ci ildən subsidiyalar Aqrar Subsidiya Şurasının qəbul etdiyi əmsallara uyğun veriləcək. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə bildirilib ki, Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2020-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, baza məbləği 200 manat olmaqla 2020-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən olunub: Bitki növləri Əkin əmsalı Əkin subsidiyası (manat/ha) Buğda 1,0 200 Çəltik 1,4 280 Soya 1,3 260 Sorqo 0,5 100 Digər dənli və dənli paxlalılar (arpa, covdar, darı, vələmir, noxud, mərci və s.) 0,8 160 Qarabaşaq 0,9 180 Yer fındığı 0,9 180 Zəfəran 2,0 400 Günəbaxan 1,0 200 Tütün 1,4 280 Pambıq 1,1 220 Şəkər çuğunduru 1,4 280 Kartof 1,2 240 Tərəvəz 1,2 240 Bostan bitkiləri 1,1 220