BDU kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)


Digərləri 02 Sen 2019 13:31:00 320 0

BDU kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Bakı. Bakı Dövlət Universitetinin (BDU) kollektivi bu ali məktəbin təsis olunmasının 100 illik yubileyi münasibətilə sentyabrın 1-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini еhtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qоyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə güllər düzülüb. Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Universitetin kollektivi Bakı Dövlət Universitetinin ilk tədris binasını da ziyarət edib, xatirə fotosu çəkdiriblər. İslam Şərqində ilk Avropa tipli universiteti yaratmaq yolunda böyük maneələr olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti üç aylıq gərgin mübarizədən sonra 1919-cu il sentyabrın 1-də “Bakı şəhərində Dövlət universitetinin təsis edilməsi haqqında” Qanun qəbul edib. Cəmi iki fakültə ilə fəaliyyətə başlayan universitet ağır sınaqlardan keçərək öz təşəkkülünü tapıb və elə yarandığı gündən millətin qürur mənbəyinə çevrilib.