Orxan Fikrətoğlu şou veriliş aparacaq


Şou-biznes 02 Sen 2019 12:53:00 248 0

Orxan Fikrətoğlu şou veriliş aparacaq

Teleaparıcı və yazar Orxan Fikrətoğlu yeni mövsümdən "İctimai" TV-dəki aparıcılığına davam edəcək.

Son.az axşam.az-a istinadən bildirir ki, o, bu dəfə maraqlı şou layihəsi ilə izləyicilərin qarşısına çıxacaq.

Məşhurların qonaq olduğu proqramda bələd olmadıqları bir sahə üzrə mütəxəssis kimi təqdim ediləcək. Ssenariyə əsasən, onlar ilk dəfə həmin sahəylə bağlı sualları cavablandıracaqlar.

Qeyd edək ki, proqramın yayım tarixi, hələ ki, bəlli deyil.