5 yaşlı uşaq anasının sevgilisi tərəfindən döyədöyə öldürüldü


Dünya 02 Sen 2019 12:49:00 227 0

5 yaşlı uşaq anasının sevgilisi tərəfindən döyədöyə öldürüldü

Türkiyənin İzmir şəhərinin Buca qəsəbəsində polislərin Eymen Sadık Durakın (5) anası M.D.(25) tərəfindən şiddət gördüyü iddiası əsasənda başlatdığı araşdırma zamanı şok detallar ortaya çıxıb.

Son.az Haberler-ə istinadən xəbər verir ki, polisin təqibi zamanı yaxalanan ana M.D.-nin ifadəsində 5 yaşlı oğlunun sevgilisi S.E. (37) tərəfindən döyülərək öldürüldüyü məlum olub.

Qadın izi itirmək üçün oğlu öldükdən sonra əlləri və ayaqlarını bağlanaraq bir paketin içinə qoyub, istifadə edilməyən təndirin içində gizlətdiklərini deyib. 

Qandonduran cinayətlə bağlı ana M.D. ilə sevgilisi S.E. və qardaşı E.E. saxlanılıb.