Bakı sakinini bıçaqlayaraq öldürən


Kriminal 02 Sen 2019 12:35:00 172 0

Bakı sakinini bıçaqlayaraq öldürən

Bakı sakinini bıçaqlayaraq öldürən 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, avqustun 31-də Bakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Babaverdiyev, C.Cavadlı və R.Bünyatzadə saxlanılıblar.