İranda ağır qəza:


Dünya 02 Sen 2019 12:22:00 220 0

İranda ağır qəza:

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan rayonunun Sib və Suran rayonunda qanunsuz yanacaq daşıyan pikap avtomobili başqa bir pikap avtomobili ilə toqquşub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Sistan və Bəluçestan vilayətinin Sib və Suran rayonunun hüquq-mühafizə orqanın polis rəisi Qulamrza Təvəkküli deyib.

Q.Təvəkkülinin sözlərinə görə, hadisə nəticəsində hər iki avtomobil yanıb.

Polis rəisi hadisədə 4 nəfərin yanaraq həlak olduğunu deyib.