Cəlilabadda sürücülük hüququ olmayan şəxs 42 yaşlı kişini vurub öldürdü


Digərləri 02 Sen 2019 12:04:00 186 0

Cəlilabadda sürücülük hüququ olmayan şəxs 42 yaşlı kişini vurub öldürdü

Cəlilabadda 42 yaşlı kişini maşın vurub öldürüb.

Bakı. Samir Əli - Cəlilabadda 42 yaşlı kişini maşın vurub. Trend-in məlumatına görə, hadisə rayonun Səhrədabad kəndi ərazisində baş verib. Kənd sakini Hüseynov Eldəniz Əlirza oğlu sürücülük hüququ olmadan Ağstafa rayon sakini Mehdiyev Eldəniz Zirəddin oğluna məxsus "QAZ 31-10" markalı avtomobillə Səhrədabad-Ləkik avtomobil yolu ilə hərəkətdə olarkən yolu keçən, Cəlilabad rayonunun Mirzəli kənd sakini, 1977-ci il təvəllüdlü Abbasov Qafur Vahid oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.