Müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi başlayıb


Digərləri 02 Sen 2019 11:48:27 195 0

Müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi başlayıb

Müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi başlayıb

Bakı. İlhamə İsabalayeva - Sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçirilir. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə təşkil edilib. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.