Gimnastlarımız Türkiyədən medallarla qayıdır (FOTO)


Digərləri 02 Sen 2019 11:30:00 173 0

Gimnastlarımız Türkiyədən medallarla qayıdır (FOTO)

Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kuboku keçirilib.

Bakı. Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kuboku keçirilib. Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ölkəmizi bu yarışda milli komandamızın üzvləri Murad Ağarzayev və Cavidan Babayev uğurla təmsil ediblər. Belə ki, 6 alətin hər birində finala vəsiqə qazanan Murad, ən yaxşı çıxışını dayaqlı tullanmada nümayiş etdirib. Gimnastımız 14,175 xalla turnirin qızıl medalını qazanmağa müvəffəq olub. Digər təmsilçimiz C. Babayev də komanda yoldaşından geri qalmayaraq, bu gün iki final mərhələsində öz gücünü sınayıb. Cavidan halqalarda çıxışı ilə fərqlənərək, 13,750 xalla bürünc medala layiq görülüb.