Azyaşlı beşmərtəbəli binadan yıxıldı


Digərləri 02 Sen 2019 11:05:00 210 0

Azyaşlı beşmərtəbəli binadan yıxıldı

Mingəçevirdə 2 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yıxılıb.

Son.az APA-ya istinadla xəbər verir ki, hadisə Energetik yaşayış massivindəki Naxçıvan küçəsində baş verib.

Nəzarətsiz qalmış 2017-ci il təvəllüdlü şəhər sakini Rəcəbov Uğur İlkin oğlu yaşadığı beşmərtəbəli binanın 3-cü mərtəbəsindən yerə düşüb. Ağır xəsarət alan azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.