SON DƏQİQƏ! Türkiyə sahillərində gəmi batdı


Dünya 02 Sen 2019 11:28:04 285 0

SON DƏQİQƏ! Türkiyə sahillərində gəmi batdı

Türkiyənin Dardanel boğazında gəmi batıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, batan "Kanuni D.S" adlı gəminin yük daşıdığı bildirilir. 41 metrlik gəmi Türkiyə bayrağı altında üzürmüş.

Gəmidə olan 8 nəfər ekipaj üzvü xilas edilib.

Yük gəmisinin hansı səbəbdən batması barədə məlumat verilmir.