Binadan yıxılan 2 yaşlı uşağın vəziyyəti ilə bağlı


Digərləri 02 Sen 2019 11:11:00 253 0

Binadan yıxılan 2 yaşlı uşağın vəziyyəti ilə bağlı

Mingəçevirdə yaşayış binasından yıxılan azyaşlı əməliyyat olunub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından bildiriblər. Binanın üçüncü mərtəbəsindən yıxılan şəhər sakini - 2017-ci il təvəllüdlü Rəcəbov Uğur İlkin oğlu öd kisəsinin əzilməsi, qaraciyərin və dalağın cırılması, 12 barmaq bağırsaq divarının partlaması xəsarətləri alıb.

O, xəstəxanaya çatdırılan kimi cərrahiyyə şöbəsinə alınaraq əməliyyat olunub. Xəstəxanadan qeyd edilib ki, hazırda uşağın vəziyyəti stabildir. O, reanimasiya şöbəsində aparata qoşulu vəziyyətdə müalicə alır.