Səhiyyə Nazirliyinin adından jurnalistlərə saxta e-mail göndərildi


Digərləri 02 Sen 2019 11:12:00 184 0

Səhiyyə Nazirliyinin adından jurnalistlərə saxta e-mail göndərildi

Səhiyyə Nazirliyi bu qurumun adından jurnalistlərə e-mail göndərilməsi ilə bağlı məsələyə münasibət bildirib.

Bakı. İlhamə İsabalayeva - Səhiyyə Nazirliyi bu qurumun adından jurnalistlərə e-mail göndərilməsi ilə bağlı məsələyə münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 2-də bir çox media qurumunun və jurnalistlərin e-mail ünvanlarına Səhiyyə Nazirliyinin adından saxta press-reliz göndərilib: "Qeyd edirik ki, "[email protected]" mail ünvanının Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxdur. Səhiyyə Nazirliyinin rəsmi email ünvanı [email protected]ır".