Gündəlik həyata stressin təsiri və onun fitoterapiyası


Digərləri 02 Sen 2019 10:30:00 268 0

Gündəlik həyata stressin təsiri və onun fitoterapiyası

Açar sözlər: stress, depressiya, həyəcan, fitoterapiya.

Müasir həyatın daimi gərginliyi və əsəbiliyi stressi insanlarda daimi yoldaş edib. Son analizlər göstərir ki, insan resursların 1,3%-i stress, depressiya və həyəcan kimi vəziyyətlərdən əziyyət çəkirlər. Stress psixi xəstəliklərin, xüsusən, əvvəlcə nevrozların, sonra isə depressiyanın, həyəcanın və yuxusuzluğun yaranmasına səbəb olur.

Stressin yayılması. ÜST məlumatlarına görə, əsas xəstəliklərin arasında 2020-ci ildə depressiv pozulmalar dünyada ikinci yerdə olacaqldır. Həyəcan - insanlarda qorxu ilə bağlı adi bir emosiyadır və psixoloji mühitə qarşı adaptasiya mexanizmi kimi çalışır. Bütün dünyada hər beş insandan birinin həyatında heç olmasa bir dəfə həyəcan pozulmaların kliniki əlamətləri müşahidə olunur. Həyəcan pozulmaları rast gəlinən insanlarda yuxusuzluq müşahidə olunur. Yuxusuzluq əhali arasında əhəmiyyətli dərəcədə fiziki pozulmalar yaradan geniş yayılmış problemdir. Dünya əhalisinin 9-15%-i yuxusuzluqdan əziyyət çəkir. Depressiya, həyəcan və yuxusuzluq psixiatrik xəstəliklər ilə yanaşı olan geniş yayılmış psixi pozulmalardır. İndiki zamanda dərman müalicəsi daha çox əhval pozulmalarında istifadə olunan üsuldur.

Stressin fitoterapiyası. Fitoterapiya daha tez-tez istifadə olunan qeyri-ənənəvi təbabətin formasıdır. Amerikanın yaşlı əhalisinin 18,6%-dan çoxu 1997-ci il ilə müqaisədə 2002-ci ildə müalicə məqsədi ilə 15% daha çox bitkilərdən istifadə ediblər. Stressin müalicədə istifadə oluna bilən bitkilər sakitləşdirici, yuxugətirici və həyacan əleyhinə təsir malik olmalıdırlar. Aşağıda bu təsirə malik, daha geniş tətbiq olunan bitkilər haqqında qısa məlumat verilir.

Pişikotu (Valeriana officinalis L.) - pişikotun kökü psixi aktivliyə daha çox malik olan vasitə sayılır, onun ekstraktları isə yuxugətirici və həyacan əleyhinə vasitə kimi istifadə olunur. Kliniki tədqiqat göstərib ki, pişikotu adaptasiya pozulması olan həyacanlı pasiyentlərdə həyacan əlamətlərin azalmasında effektivdir. Mayaotu  (Humulus lupulus L.) - sedativ və həyacan əleyhinə (anksiolitik) təsir göstərə bilir, yuxunu yaxşılaşdırır. E Komissiyası tərəfindən mayaotu yuxululuq qətirən vasitə kimi təstiq olunub. Çobanyastığı  (Matricaria chamomilla L.) - yuxu pozulmalarında və həyəcan vəziyyətlərində istifadə olunur. Daziotu (Hipericum perforatum L.) - stressin müalicəsində və depressiv vəziyyətlərdə antidepressant kimi istifadə olunur. Bədrənc (Melissa officinalis L.) - ənənəvi olaraq yumşaq sedativ və həyəcan əleyhinə vasitə kimi istifadə olunur. Əsəbiliyin və yuxusuzluğun müalicəsində E Komissiyası tərəfindən təsdiq olunub və xalq təbabətində həyəcan vəziyyətlərində, mədə xəstəliklərində (streslə bağlı), isteriya, melanxoliya, miqren, baş ağrılarında istifadə olunur. Passiflora (Passiflora incarnata L.) - yüngül psixi streslərin əlamətlərin yüngülləşməsində, yuxunun yaxşılaşmasında və həyəcan vəziyyətlərinin aradan götürülməsində istifadə olunur. Depressiya, yuxusuzluq, həyəcan əlamətləri olan pasiyenlər bu vəziyyətlərdən azad olmaq üçün həkim məsləhətindən sonra tərkibində sakitləşdirici bitkilər saxlayan vasitələrdən istifadə edə bilərlər.