Beyl Ronaldonun göstəricisini təkrarladı


İdman 02 Sen 2019 09:47:00 242 0

Beyl Ronaldonun göstəricisini təkrarladı

Real Madrid-in hücumçusu Qaret Beyl futbol üzrə İspaniya Primerosunun III turunda Villarreal ilə səfər matçında dubl (2:2) edib.

Goal.az xəbər verir ki, 30 yaşlı valliyalı üçün bu qollar "kral klubu"nun heyətində 103 və 104-cü olub.

Forvard bu göstəriciyə görə məşhur braziliyalı Ronaldoya çatıb və indi klubun legionerlər arasında ən yaxşı bombardirləri siyahısında 7-ci yeri bölüşür.

Beyl 2013-cü ildən Real-ın şərəfini qoruyur. Onun komanda ilə müqaviləsi 30 iyun 2022-ci ilə qədər nəzərdə tutulub.

Real tarixində ən yaxşı legioner bombardirlər

1. Kriştianu Ronaldu — 450 qol

2. Alfredo Di Stefano — 308

3.Ferents Puşkaş — 241

4. Kərim Benzema — 224

5. Uqo Sançes — 208

6. Qonsalo İquain — 121

7. Ronaldo, Qaret Beyl — 104.